• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1999
— 03.03.2017 14:22

İki qəzada üç nəfər xəsarət aldı

KepezTV Player

Bakıda iki yol qəzası baş verib. Hadisələrdən birində minik avtomobili “Kamaz”a çırpılıb. Digərində isə yolu keçən gənci maşın vurub.
Binəqədi rayonunda yüksək sürət yol qəzasına səbəb olub. Hadisə Bakı-Sumqayıt yolunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” markalı avtomobillə hərəkətdə olan sürücü qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi arxadan “Kamaz”a çırpılıb. Hadisə zamanı xəsarət alan “Mercedes”in sürücüsü və sərnişini xəstəxanaya çatdırılıb. Onlara tibbi yardım göstərilib. Hadisə yerində olan polis əməkdaşları ölçülər aparıb, protokol tərtib ediblər. Sabunçu rayonunda da yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Kürdəxanı qəsəbəsində baş verib. Yolu keçmək istəyən piyada, 28 yaşlı Ağa Musayevi avtomobil vurub. Yaralı sürücünün çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Sınıq xəsarətləri olan gəncə tibbi yardım göstərilib. Faktla əlaqədar araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı