• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 03.03.2017 14:21

Avtomobillər toqquşdu, 4 nəfər yaralandı

KepezTV Player

Daha bir qəza Gəndab-Yalama yolunun 38-ci kilometrliyində, Xaçmaz rayonu Qusarçay kəndi ərazisində qeydə alınıb. “Reno” markalı avtomaşınla “VAZ 2105" markalı avtomobil toqquşub. Xəsarət alan Xaçmaz rayon sakinləri 33 yaşlı Çingiz İsmayılov, Roman Məmmədov, Səbuhi Əhmədov və 23 yaşlı Surət Adıgözəlov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra öz istəkləri ilə evə buraxılıblar. Fakt araşdırılır.

Zülfiyyə Telmanqızı