• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 28.02.2017 19:24

Sükan sahibləri cərimələndilər

KepezTV Player

Yol hərəkəti qaydalarına biganəlik bax belə qəzaların sayının çoxalmasına gətirib çıxarır. Odur ki, Göyçayda yol polisi əməmkdaşları qanunu pozan sürücülərə rəhmli davranmayıb.

Göyçayda qayda pozan sürücülərə qarşı reyd keçirilib. Dövlət Yol polisi bölməsinin əməkdaşları qaydalara əməl etməyən sürücüləri saxlayıblar. Sürət həddini aşanlar, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxan nəqliyyat vasitələrinə rast gəlinib.

Təhlükəsiz kəmərindən istifadə etməyən sürücülər də olub. Bəzi sürücülər qayda pozduqları halda özlərinə haqq qazandırmağa çalışıblar. Ümumilkdə reyd zamanı yol hərəkəti qaydalarını pozan 50-dan çox sürücü barəsində inzibati protokollar tərtib olunub.

Bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur. Məqsəd baş verə biləcək yol qəzalarının qarşısını almaqdır.

Zülfiyyə Telmanqızı