• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1152
— 28.02.2017 11:12

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib

Turun ilk oyun günündə paytaxt derbisi keçirilib. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Neftçi” və AZAL sonuncuların meydanında qarşılaşıb. Qış fasiləsində güclənən “ağ-qaralar” bu oyundan da qələbə ilə ayrılıb. Yeni transfer Daniel Seqovianın  oyunun əvvəlində vurduğu qol matçda yeganə olub. 

“Sumqayıt” - “Zirə”nin matçında da eyni hesab qeydə alınıb. Bu oyunda isə meydan sahibləri qələbəyə seviniblər. Riçard Qadze Ayxan Abbasovun yetirmələrini sevindirən qola imza atıb. 

 

20-ci tura bu gün yekun vurulacaq.

Lider “Qəbələ” Gəncədə “Kəpəz”in qonağı olacaq. Son 6 oyundur qələbəyə həsrət qalan Şahin Diniyevin komandası doğma meydanda rəqibindən xal almağa çalışacaq. “Qəbələ” isə liderliyini qorumaq üçün çətin səfər oyunundan xalla qayıtmalıdı.

Günün digər oyununda “Qarabağ” öz meydanında “İnter”i qəbul edəcək. Paytaxt klubu Ağdam təmsilçisi üçün çətin rəqibdir. Belə ki, “İnter” cari mövsüm “Qarabağa” məğlub olmayan yeganə komandadır.


Azərbaycan Premyer Liqası

 

XX tur

27 fevral (bazar ertəsi)

15:30. AZAL - “Neftçi” - 0:1
Qol: Daniel Seqovia, 4
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
AZAL Arena

 

18:00. “Zirə” - “Sumqayıt” - 1:0 
Qol: Riçard Qadze, 35
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

28 fevral (çərşənbə axşamı)

15:00. “Kəpəz” - “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov 
Gəncə şəhər stadionu

18:00. “Qarabağ” - “İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Azersun Arena” 


 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

19

12

6

1

38-10

42

2

Qarabağ

19

13

3

3

32-10

42

3

İnter

19

8

9

2

30-19

33

4

Zirə

20

7

5

8

18-21

26

5

Sumqayıt

20

6

7

7

20-24

25

6

Neftçi

20

6

2

12

15-33

20

7

Kəpəz

19

3

7

9

12-22

16

8

AZAL

20

1

5

14

8-34

8


Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol 

 

 

Orxan Cəfərzadə