• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 28.02.2017 10:52

Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" və "Telekom" komandaları bu gün Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarını keçirəcəklər

Saat 17:00-da "rabitəçilər" Bakıda azarkeşlər önünə çıxacaq. A qrupunda yer alan komandanın rəqibi İtaliya "Konelyano"su olacaq. İspaniyalı Mario Bernaola və serbiyalı Mirko Yankoviçin idarə edəcəyi qarşılaşma "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılacaq.

Növbəti mərhələ şanslarını saxlayan "Azərreyl" isə Polşada "Dabrova Qorniça"nın qonağı olacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanın hakimləri rusiyalı Nadejda Kozlova və estoniyalı Tomas Murulo olacaq.

 

28 fevral

Qrup mərhələsi, VI tur

 

A qrupu

17:00. “Telekom” (Azərbaycan) – “Konegliyano” (İtaliya)

Hakimlər: Mario Bernaola (İspaniya), Mirko Yankoviç (Serbiya)

Bakı. “Sərhədçi” Olimpiya İdman Mərkəzi

 

1

Modena (İtaliya)

5

4

1

14-7

495-457

12

2

Ximik (Polşa)

5

3

2

12-9

458-416

9

3

Konegliyano (İtaliya)

5

3

2

13-10

491-487

9

4

Telekom (Azərbaycan)

5

0

5

2-15

342-426

0

 

C qrupu

21:00. “Dabrova Qornitsa” (Polşa) – “Azərreyl” (Azərbaycan)

Hakimlər: Nadejda Kozlova (Rusiya), Toomas Murulo (Estoniya)

Dabrova Qornitsa. “Sentrum”

 

1

Fənərbaxça (Türkiyə)

5

5

0

15-1

398-300

15

2

Azərreyl (Azərbaycan)

5

3

2

9-8

358-368

9

3

Dabrova Qornitsa (Polşa)

5

2

3

8-10

404-397

6

4

Sen-Rafael (Fransa)

5

0

5

2-15

318-413

0

 

 

Orxan Cəfərzadə