• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 27.02.2017 12:38

Xaçmazdakı evlərdən birindən məişət əşyaları oğurlanıb

KepezTV Player

Oğurluq edən şəxslər rayondan qaçmağa müvəffəq olsalar da paytaxt polisi tərəfindən saxlanılıb.21 yaşlı Musayeva Cəmilə Nəbi qızı və ondan iki yaş böyük Cavadov Etibar Eynal oğlu oğurluq etdikləri üçün saxlanılıblar. Onlar Xaçmaz şəhər Şıxəli Qurbanov küçəsində yaşayan Əsli Mərdanovanın evini soyublar. Cəmilə və Etibar həmin evdən 15 ədəd stəkan, çaydan,ətçəkən maşın və iki ədəd xalça oğurlayıblar.Cinayət əməli törədən gənclər Xaçmaz və Nəsimi rayon polis şöbələrinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində Bakı şəhərində saxlanılıblar.Bu şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Zülfiyyə Telmanqızı