• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 24.02.2017 16:30

AFFA-nın baş katibi Elxan Məmmədov Serbiyada işgüzar səfərdə olub

O, səfər çərçivəsində Serbiya Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb. Əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Azərbaycan və Serbiyanın aşağı yaş qruplarından ibarət milli komandalar arasında yoxlama matçlarının keçirilməsi qərara alınıb. Həmçinin, Serbiya tərəfi
UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan Elxan Məmmədova dəstək olacağını bildirib.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək qurumun növbəti konqresində baş tutacaq. Elxan Məmmədov İcraiyyə Komitəsinin üzvlüyünə 13 namizəddən biridir.

 

Azad Rəfi