“60 saniyədə insanı tanıma bacarığı". Psixoloqlar bu istiqamətdə baş sındırıb. Təlimə 9 illik təcrübəyə malik psixoloq, yalan üzrə ekspert, 100-dən çox dinləyici qatılıb. Uğur qazanmaq, insanlarla ünsiyyət qurmaq üçün insanları tanımanın əhəmiyyəti, insan xüsusiyyətlərinin təyin edilməsi yolları fəal və praktik yolla izah edilib. Davranış üzrə mütəxəssis təlimdə iştirak edənlərin insanları tanıma bacarığı 70-80% dəyişir.
Təbriz Hacıyev- psixoloq: “İnsanlar bir- birini tanısa, cəmiyyətimiz gözəl ola bilər. Biz insanları bir neçə kateqoriyaya bölürük. Həmin kateqoriyalara əsasən qarşıdakı insanın tutaq ki, həyəcanlı olduğunu, onunla necə rəftar etmək lazım olduğunu öyrədirik. Qaçan insanlarla necə ünsiyyət qurmaq, necə rəftar etməyi başa salırıq. Bu baxımdan insan tanımanın rolu keçmişdə də aktual olub, indi də, gələcəkdə də belə olacaq”.
Xəyalə Mürsəl
- Baxış: 612