Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çempionlar Liqasında növbəti görüşünü keçirib. Təmsilçimiz doğma meydanda Türkiyənin "Fənərbağça" komandasını qəbul edib. Dəmiryolçular qrup lideri olan rəqibinə hər 3 setdə uduzmaqla quru hesabla məğlub olublar. Bununla da "Fənərbağça" 15 xalla qrupdan birinci yerdə çıxıb. "Azərreyl" isə yenə 9 xalla ikinci pillədədi. Bakılıların qrupdakı taleyinə son turdakı oyunlardan sonra aydınlıq gələcək.
Çempionlar Liqası
Qrup mərhələsi
C qrupu
23 fevral
“Azərreyl” (Azərbaycan) – “Fənərbaxça” - 0:3 (19:25, 16:25, 22:25)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Epaminondas Qerothoduros (Yunanıstan)
Bakı. “Azərreyl” Voleybol Mərkəzi
1. |
Fənərbaxça (Türkiyə) |
5 |
5 |
0 |
15-1 |
398-300 |
15 |
2. |
Azərreyl (Azərbaycan) |
5 |
3 |
2 |
6-8 |
358-368 |
9 |
3. |
Dabrova Qornitsa (Polşa) |
5 |
2 |
3 |
8-10 |
404-397 |
6 |
4. |
Sen-Rafael (Fransa) |
5 |
0 |
5 |
2-15 |
318-413 |
0 |
Orxan Cəfərzadə
- Baxış: 299