Amerikanın ralli məktəbi Team OʼNeil meşədə drift edən BMW E30-un arxasında gedən xizəkçinin video görüntülərini qeydə alıb. Kadrlar qışda idarəetmə kurslarını xatırladır. Hazırda rally məktəbi qışda maşın idarəetməsini öyrətmək üçün bir neçə variant təklif edir. Buraya arxa və tam ötürücülü maşınlar, həmçinin Ford Focus RS-lə yarış xarakterli idarəetmə də daxildir. Team OʼNeil hətta qar maşınını da sürməyi öyrədir. Focus RS modeli təlimlərin qiyməti 2,4 min dollardır.
Cavanşir Məmmədzadə
- Baxış: 396