• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 24.02.2017 10:01

Huawei Honor smartfonları arasında barışmaz flaqman peyda oldu

Çinin Huawei şirkəti Honor V9 adlı flaqman smartfonunun təqdimatını keçirib. Onun cəmi 6,97 millimetrlik ultranazik korpusuna 8 nüvəli Huawei Kirin 960 prosessoru və 4-6 QB qiqabayt operativ yaddaş yerləşdirilib. Satışlar növbəti həftədən başlayacaq. Aparat 5,7 düymlük 2K-ekran, 64 və ya 128 Qb həcmli fləş-daşıyıcı, eləcə də 4000 mAs tutumlu akkumlyatorla komplektləşdirilib. Mobil cihazın sistemi 3 ölçülü görüntüləri qeydə ala bilən lazer avtofokuslu iki kameradan ibarətdir ki, onlar da görüntüləri 3D-printerdən çap etmək imkanına malikdir. 12 meqapiksellik sistem arxa fonu ləkəli olan və zəif işıqlı yerləri keyfiyyətli çəkir. Yenilik qızılı, qara, göy və qırmızı rənglərdə təklif edilir. Ona 4 Qb operativ və 64 Qb daxili yaddaşlıya 377 dollar, 6 Qb operativ və 64 Qb daxili yaddaşlıya isə 436 dollar qiymət qoyulub. 4 Qb operativ və 64 Qb daxili yaddaşa sahib Honor V9-a-ya gəldikdə o, 508 dollara başa gələcək.

 

Cavanşir Məmmədzadə