Dispanserizasiya daha çox xocalıların yaşadığı qəsəbədə səyyar formada təşkil edilib.
Kamal Məmmədov- qəsəbə sakini: “Ürəyimdən bir balaca şikayətim var. Sağ olsunlar, həkimlərin qəbulunda oldum. Ruhdan düşmüşdüm ki, bəlkədə xəstəliyim ağırdır. Müayinələrdə məlum oldu ki, yüngüldü. Resept yazıblar, dərman alıb müalicəyə başlayacam”.
Müayinə və müalicə üçün 1178 nəfəri Xocalıdan olmaqla ümumən 2464 məcburi köçkün səhhətində problemin olub-olmadığını öyrənmək üçün həkimə müraciət edəcək. Bu məqsədlə terapevt, oftolmoloq, kardioloq, onkoloq, dermotoloq, stomatoloqlardan ibarət həkim briqadası 3 gün müddətində qəsəbə sakinlərinə xidmət göstərəcək.
Akif Zərbəliyev- Gəncə Şəhər Səhiyyə İdarəsinin rəis müavini: “Tibbi müayinələr 15 fevraldan 15 maya qədər davam etdiriləcək. Əhali tibbi müayinələrlə bağlı əvvəlcədən məlumatlandırılıb. Bu gün Yeni qəsəbə 2- də yaşayan sakinləri müayinədən keçiririk. Hal-hazırda müayinələr davam edir. Müayinələrin yekun nəticələri ilə bağlı məlumat verəcəyik”.
Dispanserizasiyanın ilk günü 1037 nəfər tibbi müayinədən keçirilib. 81 nəfərə müalicə təyin olunub. 14 nəfərə isə stasionar tibbi xidmət göstərilməsi üçün Gəncədəki xəstəxanalara göndəriş verilib. 4 məcburi köçkünün səhhəti isə yaşadığı mənzildə yoxlanılıb.
Xaliq Bəylərov- qəsəbə sakini: “Şikayətim, məndə bir az allergiya kimi qızartı var. Həkimə dedim, çox sağ olsun, lazımi məsləhətlər verdi. Resept yazıb, indi dərmanımı alıb müalicə olunacam”.
Səhiyyə İdarəsinin həkim briqadası dispanserizasiyanın keçirildiyi 3 ay müddətində şəhərdəki ali təhsil ocaqları, eləcə də məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə səyyar xidmət təşkil edəcək.
Elton Cabbarlı
- Baxış: 1308