• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 23.02.2017 14:01

Mal tövləsi və 50 ton ot yandı

KepezTV Player

Zaqatalada mal tövləsi və 50 ton ot yanıb. Yanğın Əliabad qəsəbəsində Haqverdi Haqverdiyevin yaşadığı evin həyətyanı sahəsindəki ümumi sahəsi 170 kv/m olan mal tövləsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı