• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2271
— 22.02.2017 12:26

Ani qığılcım yenə də fəsadlara yol açdı

KepezTV Player

Alov evi və avtomobili cənginə aldı. Ani qığılcım yenə də fəsadlara yol açdı. Kimisi evindən, kimisi avtomobilindən oldu.

İsmayıllı rayonunun Çəmənli kənd sakini 36 yaşlı Natiq Eminova məxsus yaşayış evində yanğın baş verib. Ümumi sahəsi 97 m² olan ikimərtəbəli 3 otaqlı ev əşyaları ilə birlikdə yararsız hala düşüb. Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb. Ev sahibi iki uşağını qonşu kəndə məktəbə apardığından yanğından xəbərsiz olub.

Paytaxtın Səbail rayonu Bülbül prospektində isə avtomobil yanıb. Hərəkətdə olan ''ŞEVROLET" markalı minik maşınının mühərrik hissəsi qəfildən alışıb. Sürücü dərhal nəqliyyat vasitəsini tərk edib. Qısa zamanda alov bütün avtomobili bürüyüb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar. İlkin ehtimala görə, yanğına avtomobilin elektrik naqillərində qısa qapanma səbəb olub. Faktlar araşdırılır.
 

Zülfiyyə Telmanqızı