Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. Baş tutan 4-cü turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ingilis qrossmeyster Maykl Adamsla qarşılaşıb. Məmmədyarov 43-cü gedişdə rəqibini ağ bayraq qaldırmağa məcbur edib.
Qeyd edək ki, mötəbər yarışda ikinci qələbəsini qazanan Şəhriyar 3 xal toplayaraq Maksim Vaşe-Laqrav ilə birlikdə turnir cədvəlinin şərikli lideridir.
Orxan Cəfərzadə
- Baxış: 256