• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 21.02.2017 15:47

Şəmkirdə xırda davarların kütləvi ölüm səbəbi məlum olub

KepezTV Player

Şəmkirdəki təsərrüfatların birində heyvanların kütləvi qırılmasının səbəbi məlum olub. Laborator müayinələrə əsasən xırda davarlarda heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Bununla da baytarların ilk gündən etdiyi təxminlər doğrulub.

Həbib Hüseynovun təsərrüfatında baş verən bu hadisəyə heyvanların saxlanma şəraitinə və qidalanmasına düzgün riayət olunmadığı səbəb olub. Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində aparılan laborator müayinələrin nəticələrinə əsasən xırda davarların soyuqlamadan öldüyü məlum olub. Tələf olan heyvanlardan götürülən nümunələrin Tovuz Zona Baytarlıq Laboratoriyasında müayinələrinin nəticəsi paytaxtdakı ilə eynilik təşkil edib.

Məmməd Qasımov- Şəmkir rayon Baytarlıq İdarəsinin rəis əvəzi: “Adətən fevral- mart aylarında hava soyuq olan zaman nisbətən arıq heyvanlar immunitet qazanmır. Onun nəticəsində soyuq vurur. Heyvanların arıq olması və yem bazasının olmaması şəraitsizlik heyvanların ölümünə səbəb olur. Ancaq heç bir infeksiya və narahatçılıq yoxdur. Hər iki laboratoriyadan cavab gəlib”.

Hazırda baytarların nəzarətində olan təsərrüfatda görülən tədbirlərin nəticəsidir ki, davarlar arasında ölüm halları minimuma enib.

Natiq Hüseyn