• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 846
— 21.02.2017 13:14

İmişlidə fərdi yaşayış evi yanıb

KepezTV Player

Hadisə rayonun Mirili kəndində qeydə alınıb. Kənd sakini Məhruba Babaşovaya məxsus tikilidə başlayan alov qısa müddətdə güclənib. Yanğın ümumi sahəsi 120 kvadratmetr olan evi cənginə alıb. 80 kvadratmetrlik sahə əşyalarla birgə yanıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb.  Hadisə şahidlərinin sözlərinə görə, yanğın elektrik naqilindəki qısa qapanma səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır. 

Qismət Vəliyev- hadisə şahidi: “Həyətdə gördüm ki, ev yanır. Birinci çatanların biri mən oldum bura. İçəri girmək mümkün olmadı. Heç nə, evdən heç bir şey çıxarda bilmədik. Evin 6 nəfər üzvü var. Ana, oğul, yoldaş. 3 nəfər də uşaq. Bir oğlan, iki qız uşağı. Hamısı xəstədir”
Hadisə şahidi: “Elektrikin qısa qapanmasından yanıb. Heç nə çıxara bilməyiblər. Yatmağa bir dənə yorğan-döşəyin də çıxara bilməyiblər”.

Zülfiyyə Telmanqızı