İspaniyanın Fuengirola şəhərində isə yeniyetmə cüdoçular arasında Avropa Kuboku başa çatıb. Bu yarışda isə millimizin çıxışı daha uğurlu alınıb. Belə ki, priney yarımadasına 16 idmançı ilə yollanan komandamız 7 müxtəlif əyarlı medala yiyələnib. Bağlanış günü tatami ustalarımızdan +90 kq Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
90 kq çəki dərəcəsində güləşən Adil Kərimli isə yalnız final görüşündə uduzmaqla gümüş medala layiq görülüb.
Bununla da ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc mükafata sahib çıxan Azərbaycan millisi Avropa kubokunda komanda hesabında birinci olub.
Orxan Cəfərzadə
- Baxış: 305