• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 20.02.2017 09:57

BMW, Lego modelini “uçan” motosikletə çevirdi

BMW-nin motosiklet bölməsi Lego Technic oyuncağı əsasında “uçan” Hover Ride Design Concepti düzəldib. Bu oyuncaq isə BMW R 1200 GS Adventure motosikletinin surəti əsasında yaradılmışdı. Hover Ride-ın kiçildilmiş variantı da 603 elementdən ibarətdir. Beləliklə də alıcılar 60 dollarlıq Lego modelini iki versiyada yığa bilərlər. Tamölçülü “uçan” Hover Ride Design Concepti adi motosiklə və ya başqa varianta tranformasiya edilə bilmir. BMW konsepti Kopenhagendə Lego World sərgisində görüntülənib. Bundan sonra isə o, Norveçə, oradan da şirkətin Münhendə yerləşən araşdırma mərkəzinə çatdırılacaq.

 

Cavanşir Məmmədzadə