KepezTV Player
Tovuzda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Rayonun Düzcırdaxan kənd sakini 20 yaşlı Əfsanə Məmmədəliyev yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O, dərhal təcili tibbi yardım avtomobili ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə gətirilib və ona tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.
Elnur Vahidoğlu
- Baxış: 643