• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2134
— 17.02.2017 15:36

İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb

Rusiya, Gürcüstan və ABŞ komandaları ilə eyni yarımqrupunda yer alan yığmamız açılış günü iki görüş keçirib. Millimiz əvvəlcə şimal qonşumuzla qarşılaşıb. Mübarizələr 4-4 hesablı bərabərliklə bitib. Ancaq güləşçilərimizin qazandıqları xalların sayına görə, 32-29 öndə olan yığmamız qalib gəlib. Yarımqrupun ikinci görüşündə rəqib Gürcüstan komandası olub. Bu qarşılaşmada da qonşu ölkəni 5:3 hesabı ilə üstələyən komandamız dünya kubokunda ikinci qələbəsini qazanıb. Millimiz qrup çərçivəsində növbəti, həm də sonuncu görüşünü ABŞ idmançılarına qarşı keçirəcək.

Azad Rəfi