• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 16.02.2017 23:40

Goranboyda süpürgəçi qadını avtomobil vurub

Goranboyda süpürgəçi işləyən qadını işə gedərkən maşın vurub. Sürücü hadisə yerini tərk edib. 59 yaşlı rayon sakini Rahilə Nağıyeva Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Travmatologiya şöbəsinə yerləşdirilən qadına sol bud sümüyünün sınığı, aşağı ətrafın sol üçdə birinin əzilmiş yarası diaqnozu qoyulub və ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabildir. Faktla bağlı Goranboy Rayon Polis şöbəsində araşdırma aparılır.

 

Elnur Vahidoğlu