• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2125
— 16.02.2017 13:16

Yol qəzaları yenə can aldı

KepezTV Player

Saatlıda baş verən dəhşətli qəza ailə faciəsinə səbəb oldu. Ata, ana və 19 yaşlı övladları dünyasını dəyişdi. Paytaxtda qeydə alınan qəzada isə 8 avtomobilə ziyan dəydi.

Saatlı rayonunun Sarıcalar kəndi ərazisində qorunmayan dəmiryol keçidində qəza baş verib. Sabirabad rayonunun Qalağayın kənd sakini, 63 yaşlı Güloğlan Ağayev idarə etdiyi VAZ 21063 markalı avtomobillə dəmiryolu keçidini keçərkən nəqliyyat vasitəsi teplovozla toqquşub. Nəticədə sürücü, onun həyat yoldaşı, 62 yaşlı Hökumə Ağayeva və onların qızı, 19 yaşlı Lamiyə Ağayeva aldıqları xəsarətdən hadisə yerində ölüblər. Paytaxtın Nəsimi rayonunda isə zəncirvari yol qəzası baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Prospektdəki tunelin çıxışında İmişli rayon sakini Savalan Xəlilovun idarə etdiyi “KamAZ” markalı yük maşını ətrafında hərəkətdə olan avtomobilləri vurub. Nəticədə 8 maşın bir-birinə dəyib.

“KamAZ”-ın sürücüsü yaranmış vəziyyətə görə, “VAZ 2104”-ün sürücüsünü günahlandırsa da, “VAZ”-ın sürücüsü onun sözlərinin əksini deyir.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Avtomobillərdən birindəki hamilə qadın özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.
 

Zülfiyyə Telmanqızı