• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 13.02.2017 14:04

Quba-Xaçmaz yolunda qəza baş verib

KepezTV Player

Bu gün səhər saatlarında Quba-Xaçmaz yolunda qəza baş verib. Yol nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə səhər saat 9 radələrində baş verib. Quba-Xaçmaz yolu ilə hərəkət edən iki “VAZ 2104” markalı avtomobil toqquşub. Yolun 14-cü kilometrliyində, Barlı kəndi ərazisində baş verən hadisə nəticəsində 27 BJ 779 nömrə nişanlı avtomobildə olan sürücü, Xaçmaz sakini Ariz Niftəliyev və sərnişin xəsarət alıb.

40 BK 932 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Xaçmaz sakini İlham Niftəliyev isə yüngül xəsarətlər alıb. Hadisə şahidləri qəzaya səbəb kimi yolun buzlu olmasını göstərir.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki nəqliyyat vasitəsi isə zərbədən yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı