• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1861
— 13.02.2017 12:42

İlk oyun günü Gəncədə 1, Zirədə 4 qol.

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura iki oyunla start verilib. Açılış günü ilk olaraq Kəpəz və Qarabağ komandaları Gəncədə meydana çıxıb. Ard-arda uduzaraq uğursuzluq zolağına düşən qərb təmsilçisi güclü rəqibinə qarşı ikinci hissənin ortasınadək tab gətirə bilib. 64-cü dəqiqədə Mahir Mədətovun qolu sayəsində ağdamlılar minimal hesabla qalib gəliblər.

Günün ikinci qarşılaşmasında Zirə doğma publika önündə Qələbəylə münasibətlərinə aydınlıq gətirib. Tablonu 37-ci dəqiqədə əyalət klubu işə salıb. Hücum zamanı nəzarətsiz qalan Daniel Subotiç  topu qapıya göndərməkdə əziyyət çəkməyib. İkinci hissənin əvvəlində hesab bərabərləşib. 53-cü dəqiqədə Viktor İqbekoyi qapı önündə yaranan qarışıqlıqdan maksimum istifadə edib. Görüşün 75-ci dəqiqəsində qonaqlardan Rasim Ramaldanov rəqibin hücumun qarşısını kobudluqla aldığı üçün önündə qırmızı vərəqə görərək komandasını azlıqda qoyub. 10 nəfərlə oynamasına baxmayaq 87-ci dəqiqədə Qəbələ Ozobiçin qoluyla növbəti dəfə yerli azarkeşləri üzüb. Ancaq məğlubiyyətlə barışmayan zirəlilər son saniyələrdə bərabərlik topunu vurmağa müvəffəq olublar. Küncdən havalandırılan  yumşaq mərmini Riçard Qadze torla qovuşduraraq Zirədən Qəbələni evə 1 xalla yola salıb.

 

Azərbaycan Premyer Liqası

XVIII tur

12 fevral

“Kəpəz” – “Qarabağ” - 0:1

Qol: Mahir Mədətov, 64

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov

Gəncə şəhər stadionu

İlk iki dövrədəki oyunları - 1:1, 0:1

 

“Zirə” - “Qəbələ” - 2:2

Qırmızı vərəqə: Rasim Ramaldanov, 75 (ikinci sarı)

Qollar: İqbekoyi, 53, Qadze, 90+4 - Subotiç, 37, Ozobiç, 88

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov

Zirə İdman Kompleksinin stadionu

İlk iki dövrədəki oyunları - 0:2, 0:1

 

Turnir cədvəli

1.

Qarabağ

18

13

3

2

32-8

42

2.

Qəbələ

18

11

6

1

36-10

39

3.

İnter

17

7

8

2

28-18

29

4.

Sumqayıt

17

5

7

5

19-22

22

5.

Zirə

18

6

4

8

16-20

22

6.

Kəpəz

18

3

6

9

12-22

15

7.

Neftçi

17

4

1

12

13-33

13

8.

 AZAL

17

1

5

11

8-31

8

Bombardirlər: Filip Ozobiç (“Qəbələ”) – 10 qol.

Orxan Cəfərzadə