• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1641
— 13.02.2017 01:03

Şəmkir və Goranboy sakinləri dəm qazından zəhərlənib

KepezTV Player

Şəmkir sakini dəm qazından zəhərlənib. 35 yaşlı İlahə yaşadığı evin vanna otağında olarkən halı pisləşib. O dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlahə Cəfərovaya ilkin tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Analoji fakt Goranboyda da qeydə alınıb. Bədbəxt hadisə rayonun Nadirkənd kəndində baş verib. 33 yaşlı Alidə Ələkbərova evdə sobadan dəm qazının sızması nəticəsində zəhərlənib və Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Faktlar araşdırılır.
 

Zülfiyyə Telmanqızı