Turun ilk oyununda lider “Beşiktaş” səfərdə “Karabükspor”la qarşılaşıb. Oyun gözlənilmədən meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə nəticələnib.
Matçda bütün qollar fasilədən sonra vurulub. Qarşılaşmada hesabı "Qəbələ"nin sabiq hücumçusu Ermin Zetsin qolu ilə açan karabüklülər bir qədər keçmiş Yevgeni Seleznyovun məhsuldar zərbəsi ilə hesab arasındakı fərqi artırıblar. Qalan vaxtda qara qartalın gücü ancaq təsəlli qoluna çatıb. Vinsent Abubakar yekun nəticəni müəyyənləşdirib. Superliqada millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” isə bu gün liderlər qrupunda qərarlaşmış “Fənərbaxça”nı qəbul edəcək.
Azad Rəfi
- Baxış: 304