• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1227
— 11.02.2017 10:32

Android Wear 2.0 Watch Style və Watch Sport saatları

LG, Android Wear 2.0 əməliyyat sistemi ilə işləyən yeni Watch Style və Watch Sport adlı “ağıllı” saatlarını təqdim edib. LG Watch Style modeli 1.2 düyüm böyüklüyündəki dairəvi P-OLED ekranında 360x360 piksel keyfiyyəti təmin edir. Bluetooth və Wi-Fi əlaqəsi ilə təchiz edilmiş olan Watch Style, Qualcomm tərəfindən inkişaf etdirilmiş olan Snapdragon Wear 2100 prosessorundan güc alır. 512 RAM və 4 GB daxili yaddaşa, 240 mAs həcmli batareyaya sahib olan “ağıllı” saat, IP67 sertifikatlı paslanmaz polad gövdəsi və dəri kəmərləri ilə olduqca qəşəng bir görünüş təmin edib. Watch Style modelində olduğu kimi, Snapdragon Wear 2100 prosesorundan güc alan və 768 MB RAM-a sahib olan LG Watch Sport modeli 1.38 inç böyüklüyündə P-OLED ekranında 480x480 piksel keyfiyəti təmin edir. 4 GB daxili yaddaş sahəsinə sahib olan Watch Sport 430 mAh həcmli batareyadan güc alır. Saat Bluetooth, Wi-Fi və LTE əlaqəli seçimlərlə yanaşı GPS, NFC, ürək atışı sürəti sensoru və barometr kimi əlavə xüsusiyətləri ilə diqqət cəlb edir.

ABŞ-da, daha sonra isə Kanada, Rusiya, Cənubi Koreya, Tayvan və İngiltərədə satışa çıxarılan LG Watch Style 249 dollar, LG Watch Sport modeli isə 349 dollar qiymətindədir.

Cavanşir Məmmədzadə