• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 10.02.2017 12:42

Premyer Liqanın son oyun günü keçirilən hər iki qarşılaşma eyni nəticəylə başa çatıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub. İkinci oyun günündə daha iki qarşılaşma reallaşıb. İlk olaraq turnir cədvəlinin qonşu pillələrində qərarlaşan Sumqayıt və Kəpəz birincilərin meydanında üz-üzə gəliblər. Artıq 7-ci dəqiqədə gənclik şəhərinin təmsilçisindən Sergey Çernışev vurduğu qolla yerli azarkeşləri sevindirib. 28-ci dəqiqədə gəncəlilər oyuna ikinci dəfə mərkəzdən başlamalı olublar. Dirəkdən dönən topu tutmaq istəyən Tadas Simaitisin kobud səhvini Azər Salahlı qola çevirib. 61-ci dəqiqədə qonaqların əlcək sahibinin çıxışdakı növbəti səhvi hesabın böyüməsinə şərait yaradıb. Sumqayıtlıların əks hücumu zamanı qolkiper qapı önünə göndərilən topu dəf etsə də, yumşaq mərmi Məhəmməd Qurbanovun qarşısına düşüb. Oyunçu isə fürsəti əldən verməyərək çərçivəni dəqiq nişan alıb. 10 dəqiqə sonra Kərim Diniyev buraxılan qollardan birinin əvəzini çıxsa da, bu təsəllidən başqa bir şey olmayıb. Yekun nəticə Sumqayıt 3- Kəpəz 1.

 

Turun mərkəzi oyunu sayılan digər görüşdə isə “İnter” “Neftçi”ylə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada da eyni hesab qeydə alınsa da, lakin qələbəni qonaqlar bayram edib. Görüşdə ilk qolu 13-cü dəqiqədə ağ-qaralar vurub. Daniel Seqovia akrobatik zərbəylə hesabı açıb. 3 dəqiqə sonra hesab arasındakı fərq ikiyə yüksəlib. Bu dəfə Namiq Ələsgərov adını tabloya yazdırıb. Fasiləyədək bankirlər qollardan birinin cavabını veriblər. Meydan sahiblərinin heyətində 35-ci dəqiqədə Rauf Əliyev fərqlənib. İkinci hissədə rəqib qapısına daha bir dəfə yol tapan neftçilər 3:1 hesabıyla qələbə qazanıblar. İqnasio Fernandes qayçıvari vuruşla baxımlı qola imza ataraq qarşılaşmada son nöqtəni qoyub.

 

Azərbaycan Premyer Liqası, XVII tur

9 fevral (cümə axşamı)

15:00.“Sumqayıt” – “Kəpəz” - 3:1
Qol: 
Sergey Çernışev, 7 (1:0), Azər Salahlı, 28 (2:0), Məhəmməd Qurbanov, 61 (3:0), Kərim Diniyev, 71 (3:1)
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov

17:30.“İnter” – “Neftçi” - 1:3 
Qollar: 
Daniel Seqoviya, 13 (0:1), Namiq Ələsgərov, 17 (0:2), Rauf Əliyev, 35 (1:2), Herrera Fernandes, 58 (1:3)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov

Turnir cədvəli

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

17

12

3

2

31-7

39

2

Qəbələ

17

11

5

1

35-8

38

3

İnter

17

7

8

2

28-18

29

4

Sumqayıt

17

5

7

5

19-22

22

5

Zirə

17

6

3

8

14-18

21

6

Kəpəz

17

3

6

8

12-21

15

7

Neftçi

17

4

1

12

13-33

13

8

AZAL

17

1

5

11

8-31

8


Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 9 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol 

 

Orxan Cəfərzadə