• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2193
— 10.02.2017 13:12

Avtoyuma məntəqələrindən oğurluq edildi

KepezTV Player

Şabran rayonunda avtoyuma məntəqələrindən oğurluq edilib. Çox keçmədən sözügedən oğurluqları törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Fevral ayının 3-dən 4-nə keçən gecə Şabranda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ceyhun Mütəllimovun avtoyuma məntəqəsindən oğurluq olub. Obyektdə istifadə edilən 3900 manat dəyərində avadanlıqlar oğurlanıb.

Fevral ayının 7-dən 8-nə keçən gecə isə digər bir sahibkar Hacı Quliyevin də avtoyuma məntəqəsindən oğurluq edilib. Sahibkarlar ümumilikdə 6 min 200 manatlıq məbləğində ziyan dəyib. Oğurluq etməkdə şübhəli bilinən şəxslər Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların rayon sakinləri 24 yaşlı Amin Muradov və Cavad Cavadov olduğu müəyyənləşdirilib.

Əlbir olaraq oğurluq edən şəxslər əldə etdikləri avadanlıqları Bakı şəhərində avtoyuma məntəqəsi işlədən 21 yaşlı Rəşad Abbasova satıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı