• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1044
— 10.02.2017 10:03

Yeni Ford Expedition krossoveri peyda oldu

Ford şirkəti tərəfindən yeni iri Expedition krossoveri təqdim olunub. Avtomobilin qlobal satışları payız aylarında başlayacaq. Onun əsas rəqibi Chevrolet Tahoe sayılır. Model böyük ehtimalla Miçiqan ştatında yerləşən zavodda yığılacaq. F-150-nin platformasında hazırlanan krossoverin detalları daha çox alüminiumdandır. Bu isə maşının çəkisini əvvəlkinə nisbətən 136 kq azaldıb. Buna rəğmən krossoverin təkər bazası 7 santimetr genişlənib. Yeni Expedition 3,5 litrlik EcoBoost V6 benzin motoru ilə təchiz olunub. Ancaq dinamik göstəricilər məlum deyil. Yayılan qeyri-rəsmi məlumatlara görə, mühərrik 365-dən də çox at gücünə malikdir. Aqreqat 10 pilləli avtomatik sürət qutusu ilə işləyir.

 

Cavanşir Məmmədzadə