• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1086
— 10.02.2017 10:01

Dünyanın ən yüksək texnologiyalı veb-kamerası hazırlandı

İsveçrənin Logitech şirkəti bu günə qədər ən yaxşı kamerasını – Brionu nümayiş etdirib. Yenilik 4K formatında çəkməyi bacarır, HDR rejimini, eləcə də RightLight 3 texnologiyasını dəstəkləməklə şəkillərin keyfiyyətini artırır. Bu texnologiya zəif işıqda videozənglərə alışanlar üçün daha faydalıdır. Brio kamerası heç də ucuz deyil – 199 dollar. Amma yüksək qiymət onun funksiyalarına görədir. “Dünyanın ən yüksək texnologiyalı veb-kamerası” hesab edilən cihaz baxış bucağını 90-dan 78, ya da 65 dərəcəyədək sıxlaşdıra bilir. Onun 5 qat rəqəmsal zumu və infraqırmızı sensorların köməyilə üzləri tanıyan funksiyası var. Veb-kamera bütün istiqamətlərdə səsi qeydə alan və küyü azaldan mikrofona da sahibdir. Müxtəlif USB tiplərini qəbul edən qurğu Windows 7, Windows 8.1 və ya Windows 10, həmçinin MAC və xrombuklarda işlənə bilər.

 

Cavanşir Məmmədzadə