• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2389
— 09.02.2017 14:41

33 yaşlı paytaxt sakini bıçaqlandı

KepezTV Player

Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Təcili tibbi yardım xidmətinə Bəhruz Nuriyev küçəsi 5 ünvanında bir nəfərin yaralı vəziyyətdə olması barədə çağırış daxil olub. Tibbi briqada oraya yollanıb. 33 yaşlı Əfqan Nəzərov xəstəxanaya çatdırılıb. Müayinə zamanı həkimlər Nəzərovun bıçaqlandığını müəyyən ediblər. O, dərhal əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanada olsalar da, yaralını dindirmək mümkün olmayıb. Hüquq-mühafizə işçiləri hadisə baş verən ünvana baxış keçiriblər. Faktla əlaqədar cinayət işi açılıb.

Zülfiyyə Telmanqızı