• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1059
— 07.02.2017 10:35

70-ci illərin Range Roveri qayıdır

Land Rover brendinin yaradıcı irsi qorumaqla məşğul olan Land Rover Classic bölməsi Reborn layihəsini anons edib. Bu layihə çərçivəsində 1970-ci illərin Range Roveri bərpa ediləcək və onlar yeni “reync rover”in qiymətinə satılacaq. Bir məqama toxunmaq lazımdır ki, maşın “sıfırdan” yığılmayacaq. Land Rover Classic mühəndisləri sadəcə 40 ilin maşınında yeniləmə işləri görəcəklər. Bu, orijinal ehtiyat hissələri və dəqiq tarixi cizgilərlə yerinə yetiriləcək. Güman ki, “yeni” yolsuzluq maşınlarını yenə Bahama Gold rəngi ilə boyayacaqlar və eyni mühərriklə təchiz edəcəklər: 3,5 litrlik 132 at güclü V8. Adıçəkilən motor 4 pilləli mexaniki sürət qutusu və tam ötürücü sistemlə işləməli olacaq. Hazırda Land Rover Classic bölməsi yenidənqurma işləri üçün sponsor axtarışındadır. Hər bir Range Rover Reborn avtomobilini 170 000 dollara almaq olar.

Cavanşir Məmmədzadə