KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Xüsusi alətlərin köməkliyi ilə mənzilin qapısı açılıb. Mənzilə daxil olan xilasedicilər orada 60 yaşlı Rəfail Həsənovun meyidini aşkar ediblər. Meyit müayinə olunması üçün Pataloji Anatomiya Birliyini rayon şöbəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 560