Ani qığılcımın yaratdığı fəsadlar bitmir. Alov bu dəfə Şəki və İmişlidə evləri cənginə alıb. Cana ziyan gəlməyib, bu sevindiricidir. Ancaq illərlə çəkilən zəhmət hesabına ərsəyə gələn evlər yararsız hala düşüb.
Şəki rayonunda fərdi ev yanıb. Vətəndaşa məxsus ümumi sahəsi 169 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 154 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Daha bir yanğın İmişlidə qeydə alınıb. Hadisə gecə 02 radələrində Xiyabani küçəsində yerləşən Nazim Qarayevə məxsus evdə baş verib. Naməlum səbəbdən evdə yaranan alov qısa müddətdə güclənib. Hadisə zamanı evdə heç kəs olmayıb. Əraziyə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb. Ümumi sahəsi 60 kvadrat metr olan 2 otaqlı evin üst örtüyünün 30 kvadratmetri yanıb. Evin qalan hissəsi və ev əşyalarının bir çox qismi yanğından mühafizə edilib.Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktlarla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 543