• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 01.02.2017 13:51

İki maşın toqquşdu, 5 nəfər yaralandı

KepezTV Player

Cəlilabadda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gün günorta saatlarında Ələt-Astara magistral yolunun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Cəlilabad rayon sakinləri, 56 yaşlı Telman Rəfiyevin idarə etdiyi “VAZ” markalı avtomobillə, 36 yaşlı Azər Feyziyevin idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Nəticədə "Mersedes”in sürücüsü və avtomobildə olan Mütəllim Əsədov, həmçinin “Vaz” markalı avtomobildə olan sərnişinlər, Elman və Elxan Rəfiyev qardaşları, eləcə də Elçin Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı