Biləsuvar rayonunda silahlı insident baş verib. Hadisə rayonun Əmənkənd kəndində qeydə alınıb. Kənd sakini Asim Əliyev şəxsi münasibətlər zəminində həmkəndlisi Şahin Əliyevlə mübahisə edib. Mübahisəni sakitləşdirmək üçün Asif Əliyevin qardaşı Adil Əliyev də hadisə yerinə gəlib.Yaranan mübahisə daha gərgin hal aldıqda Asif Əliyev özü ilə gətirdiyi “Toz 8” markalı tüfəngdən atəş açıb. Atılan güllələrdən biri qardaşı Adilə, digəri isə həmkəndlisi Şahin Əliyevə dəyib. Odlu silahdan açılan atəş nəticəsində Adil Əliyev dünyasını dəyişib. Şahin Əliyevi yaralı halda Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq mümkün olub. Hazırda onun vəziyyəti orta ağır olaraq qalır. Hadisəni törədən Asim Əliyev polis tərəfindən saxlanılıb. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 976