• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 01.02.2017 10:15

İsti suda və sabunla yuyula bilən smartfon

Əgər smartfonunuzun cürbəcür bakteriyalar məskəni olduğunu düşünürsüzsə və bu fikir sizə rahatlıq vermirsə, o zaman "Kyocera" şirkətinin "Rafre" adlı yeni smartfonunu almağın əsl vaxtıdır. Sözügedən qurğunun əsas özəlliyi odur ki, onu isti suda sabunla yumaq mümkündür. Cari ilin martında satışa çıxarılacaq smartfon "Snapdragon 430" prosessoru, 2 QB əməli yaddaş, 16 Qb daxili yaddaş, 5 düymlük HD ekran, 3000 milliamper saat tutumunda akkumulyator, həmçinin 13 və 5 meqapiksellik iki kamera ilə təchiz edilib. Smartfon “Android 7.0” mobil əməliyyat sistemi ilə işləyir. Toz və sudan müdafiə sisteminə malik "Rafre" smartfonu, həmçinin toxunuş sensoru vasitəsilə reallaşdırılmış kontaktsız idarəetmə funksiyasına və qeyri-adi zəngli saata malikdir. Smartfonda, həmçinin "Kyocera" smartfonu üçün ənənəvi özəlliklər reallaşdırılıb: danışıq dinamiki yoxdur, əvəzində səsin vibrasiya ilə çıxışı, yəni "Smart Sonic Receiver" əlçatandır və cihaz zərbəyə davamlıdır. Smartfon ağ, çəhrayı və mavi rənglərdə ola bilər. Qurğunun dəyəri isə hələlik açıqlanmayıb.

Cavanşir Məmmədzadə