• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 29.01.2017 15:28

Şahin Diniyev: “Mən komandamı tanımadım”

Çempionatın “İnter” – “Kəpəz” oyunundan (4:1) sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb: “Oyun haqda danışmağa söz tapmıram. “Kəpəz” ilyarım ərzində ən zəif, baxımsız, lazımız futbol oynadı. Komanda 1:0 hesabı ilə öndə olarkən sonuncu saniyələrdə topu meydançadan çıxara bilmirsə, bunu bacarmırsa, bizim qələbə qazanmağa haqqımız yoxdur. Müdafiə xətti çox bərbad oynadı. Yarımmüdafiə və hücum xəttimiz də zəif çıxış etdi. Mən komandamı tanımadım. Əlbəttə, hər bir futbolçu şəxsiyyətdir, onların üstünə də çox getmək istəmirəm. Bununla həyat bitmir, davam edir. Ağırdır, “Kəpəz” hələ belə məğlubiyyət almamışdı. İrəli baxmalıyıq, başqa yolumuz yoxdur. Bizim qapıya tərəf ötürülən hər topda təhlükəli hücum yaranırsa, nəsə yaxşı şeydən danışmağa dəyməz. Bəlkə də fiziki yükləmədən sonra komanda özünə gəlməyib, mənim də səhvim ola bilər. Məğlubiyyəti futbolçularda yox, özümdə axtarıram”.    

Azad Rəfi