• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 29.01.2017 15:20

Tofiq Bəhramovun doğum günüdür

Bu gün məşhur Azərbaycan hakimi Tofiq Bəhramovun doğum günüdür. Azərbaycan Hakimlik məktəbimizin ən parlaq nümayəndəsi olan T.Bəhramov 1925-ci ilin yanvarın 29-da doğulub.

1966-cı ildə Dünya çempionatı çərçivəsində keçirilən Almaniya- İngiltərə oyunu Tofiq Bəhramovun adını tarixə yazdırıb. Final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun bu qərarının doğruluğu videogörüntülər sayəsində məlum olub. Oyundan sonra hakim kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.

T.Bəhramov iki dəfə (bir dəfə baş hakim, bir dəfə laynsman kimi) qitələrarası kubokda ədaləti qoruyub. Ardıcıl olaraq 13 il SSRİ-nin ən yaxşı 10 hakimi sırasına düşüb.

Azad Rəfi