• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1648
— 27.01.2017 13:03

2 kiloqram marixuananı satarkən tutuldu

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Bəhruz Əliyev 2 kiloqram marixuananı satarkən tutulub. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlərlə Bəhruz Əliyevə narkotik vasitəni satan Yevlax rayon sakini Bayram Mehdiyev idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıb.
 

Zülfiyyə Telmanqızı