• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2004
— 26.01.2017 13:29

Sumqayıtda akkumulyator qənimləri saxlanılıblar

KepezTV Player

Yenə qazancın asan yolunu seçənlərdən bəhs edəcəyik. Amma fərqində belə deyillər ki, bu, həm də azadlıqdan məhrumiyyətin asan yoludur. Oğurluq etmək nə qədər qınanılası əməldirsə, onu bilmək, vəziyyətdən öz xeyirinə istifadə etmək və bütün olanlara göz yummaq da bir o qədər qınaq hədəfidir. Akkumulyatorları oğurladılar, onların oğurluq olduğunu bilən şəxslərə də dəyər-dəyməzinə satdılar...

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən yük avtomaşınlarından ehtiyat hissələri oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirib. Nəticədə bu cinayətləri törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakinləri – Vadim Məmmədov, Nicat Heydərov və Nurlan Əbilov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. İlkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri və ətraf ərazilərdən 10-dan artıq yük avtomobilinin akkumulyatorunu oğurladıqlarını etiraf ediblər. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq, oğurluq akkumulyatorları alan metal qəbulu məntəqələrinin sahibləri də müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.

Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Ruhəngiz Hacızadə