İlin ilk oyununda “Frayburq” lider “Bavariya”nı qəbul edib. Münhen klubu görüşün startında hesabda geri düşsə də, sonda qələbə qazanmağı bacarıb. Əvvəlcə fasiləyə az qalmış Robert Levandovski hesabı bərabərləşdirib. Hamının oyunun heç-heçə bitəcəyini düşündüyü vaxtda polşalı forvard yenə səhnəyə çıxıb. O, qarşılaşmaya əlavə olunmuş 1-ci dəqiqədə "Bavariya"ya 3 xal qazandıran qola imza atıb. Beləliklə, Karlo Ançelottinin yetrmələri 2017-ci ilə qələbəylə başlayıb.
Bundesliqada 17-ci turun digər oyunları bu gün və sabah keçiriləcək.
Frayburq - Bavariya 1:2
Qol: Haberer, 4 - Levandovski, 35; 90+1.
Azad Rəfi
- Baxış: 264