Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq Sudanın U-20 komandası ilə qarşılaşıb. Yığmamız rəqibinə 1:4 hesabı ilə uduzub. Komandamızın qolunu Ramil Həsənov vurub.
Xatırladaq ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində Almaniyanın "Eqestorf" klubuna (2:4) və Səudiyyə Ərəbistanının U-20 komandasına (0:1) uduzub, Qazaxıstanın “Okjeptes” klubu ilə heç-heçə (2:2) edib.
Azad Rəfi
- Baxış: 291