• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 20.01.2017 13:42

Bu gün taekvondo üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib

8-i kişi, 8-i isə qadın olmaqla 16 çəki dərəcəsi üzrə keçirilən yarışda Bakı, eləcə də, bölgələrdə fəaliyyət göstərən komandalardan 230 idmançı dayaq üzərinə çıxacaq.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan birincilikdə yığmamızın liderləri iştirak etməyəcək. Baş məşqçilər Olimpiya mükafatçıları Patimat Abakarova, Radik İsayev, Milad Harçeqani, həmçinin klublararası dünya çempionatına qatılan Məhəmməd Məmmədov, Ayxan Tağızadə kimi taekvondoçulara istirahət verib.

Azərbaycan çempionatına sabah yekun vurulacaq.

Orxan Cəfərzadə