• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 827
— 21.11.2016 17:10

Samux və Şəmkirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü qeyd olunub

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra partiyanın Samux rayon qərargahında biraraya gəliblər. Ötən 24 ilə nəzər yetirilərək xatırlanıb ki, YAP Samux rayon təşkilatı 1993-cü ilin oktyabr ayında 3 ərazi ilk partiya təşkilatının 30 üzvü ilə yaradılıb. Hazırda ərazi ilk partiya təşkilatlarının sayı 77-yə, üzvlərin sayı isə 5300-ə çatıb. Onların 33 faizini gənclər, 52 faizini isə qadınlar təşkil edir. YAP Samuxda da öz sıralarını ilbəil genişləndirir. Son bir ildə 171 nəfər partiya üzvlüyünə qəbul edilib. Samuxda həyata keçirilən abadlıq-quruculuq işlərində partiya fəallarının müstəsna xidmətləri önə çəkilib. Tədbirdə partiya fəallarına fəxri fərman, yeni üzvlərə vəsiqələr verilib. 

Şəmkirdə də Ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci ildə Naxçıvanda təsis edilən Yeni Azərbaycan partiyasının 24 illik fəaliyyətinə nəzər yetirilib. Bir il sonra fəaliyyəti Şəmkir rayonunu da əhatə edən YAP-ın sıralarında 12 minə yaxın rayon sakini də var. 120 ərazi ilk partiya təşkilatında birləşən şəmkirlilərdən 4 mini gənc, 6 mini isə qadınlardır. Bu ilin geridə qalan dövrü əzrində 200-ü gənc olmaqla, partiya sıralarına 400-ə yaxın yeni üzv qəbul olunub. Yeni Azərbaycan Partiyasının Şəmkir Rayon Təşkilatının fəalları Respublika yaşıllaşdırma marafanonuna da qoşularaq Şəhidlər Xiyabanının ətrafında ağacəkmə aksiyasıda keçiriblər. Partiya üzvləri yaşıllıqların sayını artırmaqla yanaşı əvvəl əkilən ağaclara aqrotexniki qaydada qulluq da göstəriblər.

Natiq Hüseyn