Tələbə həyatından bəhs edən videoçarx, xor kollektivinin və rəqqasların çıxışları, solo ifalar. Bu gün Gəncə Dövlət Universitetindəki bu şadyanalıq 17 noyabr Beynəlxalq Tələbə Günü münasibətiylə təşkil edilib. Bir qrup ictimai fəal tələbənin fəxri fərmanla təltif olunması və onlara hədiyyələr təqdim edilməsi də tədbirin proqramına daxil edilib. Bədii hissədən öncə təşkil edilən çıxışlarda isə ölkədə ali savad almaq istəyənlər üçün yaradılan imkanlar, müxtəlif proqramlar üzrə xaricdə təhsilə cəlb edilmə, ictimai fəal olanların diqqətdə saxlanılması üçün yaradılan imkanlar sadalanıb. Eləcə də universitetlərdə maddi-texniki bazanın gücləndirilməsi ilə verilən biliyin müsbət nəticələri təqdir olunub.
Ruhəngiz Hacızadə
- Baxış: 432