• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 16.11.2016 15:16

Cənub bölgəsində səfərdə olan qərb bölgəsinin məktəbliləri geri qayıdıblar

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində Masallı-Lənkəran-Astara marşrutu üzrə hərəkət edən qərb bölgəsinin məktəbliləri geri qayıdıb. Gəncə və Samuxda şagirdlər böyük sevinclə qarşılanıblar.

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində cənub bölgəsinə səfər edən Gəncə məktəbliləri ötən gün axşam saatlarında geri qayıdıblar. Şagirdlərin olduğu avtobus Gəncədə Heydər Əliyev park-kompleksində, Zəfər tağının önündə qarşılanıb. Göygöl Dövlət Mahnı və Rəqs ansambılının çıxışı qarşılanma mərasimini daha da rəngarəng edib. Masallı-Lənkəran-Astara marşrutu üzrə hərəkət edən məktəblilər 4 günlük səfərdən xoş təəssüratlarla qayıdıblar.

Cənub bölgəsinə səfər edən Samuxlu məktəblilər də ötən gün axşam saatlarında geri dönüblər. Rayon ictimaiyyətinin nümayəndələri Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının inzibati binasının qarşısına toplaşaraq şagirdlərlə səfər təssüratlarını bölüşüblər. 4 gün ərzində Lənkəran, Astara və Masallıda olan 17 şagird bu rayonların tarixi abidələri, ictimai-siyasi və mədəni həyatı, eləcə də sosial obyektləri ilə daha yaxından tanış olublar. Qərb bölgəsindən olan məktəblilər həmçinin "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində təşkil olunan “Nə? Harada? Nə zaman?" intellektual oyununda iştirak ediblər.

Gülnar Fazilqızı