• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 15.11.2016 17:11

Ölkəmizi tanımaq üçün səfərə çıxan məktəblilər Gəncədə 1000-dən çox ağac əkdilər

"Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Gəncədə 9-11 sinif şagirdləri arasında intellektual oyun keçirilib

Respublikanın 10 müxtəlif bölgəsindən olan 59 komanda "Ölkəmizi tanıyaq" 6-cı maarifləndirici tur aksiyası çərçivəsində Gəncədə "Nə? Harada? Nə zaman?" intellektual oyununda biliyini sınayıb. Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil edilən yarış 9-11 sinif şagirdləri arasında keçirilib. Hər komandada 6 məktəbli mübarizə aparıb və onlara 24 sual verilib. Dünyagörüşü, eləcə də tarixdə baş verən maraqlı hadisələrlə bağlı hər sualın cavabına 1 dəqiqə vaxt ayrılıb. İntellektual oyun Gəncə ilə yanaşı, eyni vaxtda Qəbələ, Quba və Lənkəranda da təşkil edilib. Yarışda qalib gələn üç komanda kubok, medal və sertifikatlarla mükafatlandırılıb. Gəncədə daha bir intellektual oyun noyabrın 19-da keçiriləcək.

Babək Qasımzadə - Layihə koordinatoru: ““Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən Nə? Harada? Nə zaman? oyununun əsas məqsədi gənclərin biliklərinin artırılması, ümundünya görünüşünə yiyələnməsi, dostluq əlaqələrinin inkişaf etdirilməsindən ibarətdi”.

 

Ölkəmizi tanımaq üçün səfərə çıxan məktəblilər dünya görüşlərini zənginləşdirmək, intellektlərini nümayiş etdirməklə yanaşı yaşıllıqların yaradılmasına da öz töhfələrini veriblər. Səfər etdikləri rayonlarda ağac əkən aksiya iştirakçıları ənənəni Gəncədə də davam etdirib. Cənub bölgəsindən olan şagirdlər dünyanın ən böyük parklarından biri olan Heydər Əliyev park kompleksinin ərazisində ayrılan 2 hektar əraziyə 1000-dən artıq Eldar şamı əkiblər.

Aytac Əliyeva -Astara məktəblisi: “Heydər Əliyev mərkəzində olduq. Yeni açılan parkları gəzdik. Ən son burada ağacəkmə aksiyasında iştirak etdik. Bu bizim üçün çox maraqlı bir ekskursiya oldu. Bu layihədə əməyi keçən hər kəsə öz təşəkkürümüzü bildiririk”.

Şamama Quliyeva -Qubadlı məktəblisi: “Fikrimcə bu cür ağacəkmə aksiyası bizim üçün çox faydalı olacaq. Bakıya qayıdarkən bu bizim yaddaşımızda silinməz xatirə olaraq qalacaqdır”.

Elton Cabbarlı